Mayın 29-da Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Ölkəmizi qitə çempionatında 4 idmançı təmsil edəcək. Bəhmən Nəsiri, Ziya Məmmədzadə, Nurlan Paşayev və Murad Sadıxov çempionluq uğrunda yarışacaq.