Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) Yaponiyanın Fukuoka şəhərində və Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatlarının təxirə salındığını elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
13-19 may 2022-ci ildə Yaponiyada keçirilməsi planlaşdırılan mundial 2023-cü ilin 14-30 iyul aralığında baş tutacaq. Qətərdəki yarış isə 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına ertələnib.
Beynəlxalq federasiya qərarın Yaponiyadakı mövcud pandemiya vəziyyətinin nəzərə alınaraq qəbul edildiyini açıqlayıb.
Qeyd edək ki, su idmanı növləri üzrə sonuncu dünya çempionatı 2019-cu ildə Cənubi Koreyada keçirilib.