Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatı üçün taekvondo üzrə Azərbaycan yığmasının heyəti məlum olub.
Fanat.Az xəbər verir ki, milliyə 13 idmançının adı daxil edilib. Kişilərin yarışında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) mübarizə aparacaq.
Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərruh Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi təmsil edəcək.