Dünya Taekvondo Federasiyası gələn həftə Azərbaycanda start götürəcək dünya çempionatında Rusiya və Belarusdan olan 23 idmançının iştirakına icazə verib.
Fanat.Az xəbər verir ki, onlar mundialda neytral idmançı kimi çıxış edəcəklər.
Bununla belə, qurumun rəsmi saytı olimpiya çempionları Maksim Xramtsov və Vladislav Larinin çempionatda iştirakına icazə verilmədiyini qeyd edib.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.