Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, kişilərin 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.
Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/16 finalda Kristina Teaçot (ABŞ) ilə görüşüb. O da qarşılaşmanı məğlub başa vuraraq mundialla vidalaşıb.
Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Mundial iyunun 4-də başa çatacaq.