12:35 09.06.2023 1086

Taekvondonun Bakı fiaskosuna sözardı - Federasiya niyə susur?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

29 may-4 iyun tarixlərində Azərbaycan paytaxtı Bakı növbəti məsul idman yarışına - taekvondo üzrə dünya çempionatına ev sahibliyi etdi. Sayca 26-cı olan mundialda 144 ölkədən 921 idmançı qüvvəsini sınadı. 

Dünya Taekvondosunun 50 illiyinə təsadüf edən dünya çempionatı rekord sayda izləyici auditoriyası toplaması ilə diqqət çəkdi. Belə ki, 21,7 milyon insan TikTok sosial şəbəkəsində #Baku2023wtc haştaqı ilə paylaşım edib. 1,6 milyon insan isə TikTok üzərindən də yayımlanan, 7 gün davam edən yarışa baxıb.

Azərbaycan yığması ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi dünya çempionatına 13 idmançı ilə qatılmışdı. Lakin onlardan heç biri mükafata layiq yer tuta bilmədi. Azərbaycan təmsilçilərinin ən yaxşı nəticəsi 1/4 finaladək irəliləmək oldu.

Bu yerdə statistikaya müraciət edərək 2001-ci ildən indiyədək qatıldığımız mundialların nəticəsini diqqətinizə çatdırırıq.

2001 Cecu, Cənubi Koreya – 1 qızıl (Niyaməddin Paşayev) 
2003 Qarmiş-Partenkirxen, Almaniya – 4 bürünc (Zahid Məmmədov, Niyaməddin Paşayev, Rəşad Əhmədov, Təvəkkül Bayramov)
2005 Madrid, İspaniya – medal qazanmamışıq
2007 Pekin, Çin – 1 gümüş (Təvəkkül Bayramov)
2009 Kopenhagen, Danimarka – 1 bürünc (Rəşad Əhmədov)
2011 Kyancu, Cənubi Koreya – 1 bürünc (Ramin Əzizov)
2013 Puebla, Meksika – 2 bürünc (Radik İsayev, Fəridə Əzizova)
2015 Çelyabinsk, Rusiya – 1 qızıl (Radik İsayev)
2017 Mucu, Cənubi Koreya – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Məhəmməd Məmmədov)
2019 Mançester, İngiltərə – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Fəridə Əzizova)
2022 Qvadalaxara, Meksika – 1 bürünc (Cavad Ağayev).

Göründüyü kimi, 2001-ci ildən bu yana qatıldığımız DÇ-lərdə sadəcə bir dəfə - uzaq 2005-ci ildə medalsız qalmışıq. Eyni halın 18 il sonra doğma divarlar arasında təkrarlanması təbii ki, olduqca arzuolunmaz haldır.

Azərbaycanda taekvondonun heç də yaxşı dövrünü yaşamadığı idmanı yaxından izləyən hər kəsə məlumdur. Legionerlərin hesabına Rio-2016 Olimpiadasında üç medal qazanan milli komanda 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında fiaskoya uğradı. Oyunların ardınca 
kişilərdən ibarət millinin iranlı baş məşqçisi Reza Mehmandust ötən il onunla işləmək istəməyən idmançılara görə istefaya göndərilsə də, cəmi 1 ay sonra - qızıl medalsız qaldığımız İslamiadanın ardından yığmaya geri qaytarıldı. Buna səbəb həmin istefanın federasiya prezidenti Kəmaləddin Heydərovun icazəsi olmadan edilməsi idi. Qurum rəhbəri ötən ilin sonunda qadınlardan ibarət millidə də baş məşqçi dəyişikliyi edərək sükanı əvvəllər də yığmada çalışmış cənubi koreyalı Park Mi-suna tapşırdı.

Ancaq gedişat göstərdi ki, federasiya rəhbərinin qərarları uğursuzdur. Sözügedən mütəxəssislərin aldığı yüksək məvacib qarşılığında doğma divarlar arasında baş tutan çempionatda yaşanan nəticənin sadəcə bir adı var: Fiasko. 

Belə başa düşmək olar ki, federasiya rəhbəri əcnəbi mütəxəssisin rəhbərliyi altında 5 il əvvəlki Olimpiadada qazanılan medalların təsiri altındadır. Ancaq görünür, unudur ki, həmin medalların hər biri yerli deyil, legioner idmançıların sayəsində əldə olunmuşdu. İndi nə olimpiya çempionu Radik İsayev var, nə də bürünc medalçı Milad Beiqi Hərçəqani. Hazırda millidə olan Patimat Abakarova isə həmin oyunlardan bu yana ciddi heç nə ilə yadda qalmayıb. Bu məqamı da qeyd etmək yerinə düşər ki, əslən azərbaycanlı kişi taekvondoçu, başqa sözlə, yerli taekvondo məktəbinin yetirməsi sonuncu dəfə uzaq 2012-ci ildə ölkəmizi Olimpiya Oyunlarında təmsil edib. Bəhs olunan idmançıdan - Ramin Əzizovdan sonra ardıcıl dünya və Avropa çempionatlarında medal qazanan qeyri-legioner də yoxdur. Bu isə elə o anlama gəlir ki, Əzizovdan sonra bizim böyüklərdə dünya səviyyəli taekvondoçumuz yoxdur. Bəs bu qədər boşluq nədən irəli gəlir? Əlbəttə ki, qurumdakı yarıtmaz idarəçilikdən.

Üstəlik, nəzərə alsaq ki, mundial Paris-2024-ə ən çox lisenziya xalı qazandıran yarış idi, belədə biz önəmli reytinq xallarından da məhrum olmuş olduq. Hərçənd indiki vəziyyətdə dördilliyin əsas yarışında nəyəsə nail olmağımız sadəcə sensasiya olar.

Bəs uğursuzluğun səbəbləri açıqlanıb, hesabat veriləcəkmi? Bununla bağlı federasiyanın vitse-prezidenti Niyaməddin Paşayevlə əlaqə saxladıq. O, federasiya rəhbərinin göstərişinə əsasən danışa bilməyəcəyini, yaxın günlərdə qurumda toplantı baş tutacağını, yalnız bundan sonra mediaya açıqlama veriləcəyini bildirdi. Gözləyək...

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

09:00

MPL: "Sabah" "Şamaxı"ya qarşı - YENİLƏNİR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

21:15

ÇL-də həftənin rəmzi komandası bilindi - "Arsenal"dan heç kim yoxdur

20:42

Birinci Liqa: "Qəbələ"dən inamlı, "Difai"dən əzmkar qələbə

20:07

Valverde geridönüşə inanır: "Biz finalın biraddımlığındayıq"

19:43

Azərbaycanın veteran ağırlıqqaldıranları 2 qızıl, 2 gümüş medal qazandılar

19:20

"Onlara Avropa Liqasının qalibi olaraq təşəkkür etmək istəyirik, amma..." - Ruben Amorim

18:51

22 yaşlı hücumçu İngiltərə nəhənginə keçməyə yaxındır - Təklif göndərildi

18:06

"Xankəndi" yarımfinala darmadağınla yüksəldi

17:44

"PSJ neytral azarkeşlərin də könlünü fəth edib" - Ouen Harqrivz

17:28

AFFA-nın vitse-prezidenti 1-ci Liqanın oyununda - FOTO

17:19

AFFA-nın Lisenziya Komissiyası 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

17:01

AFFA "Qəbələ", "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına rəsmən icazə verdi

16:43

"Cavid İmamverdiyevlə rəqabətdə olmaq çox xoşdur" - 2-ci Liqanın "Şəmkir"li bombardiri

16:27

Azərbaycan çempionatının bürünc medalçısı 6 oyunçusu ilə vidalaşdı

16:09

Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarıldı

15:52

1/4 finalın cavab oyunlarının nəticələri bilindi

15:35

"Qızıl top"a namizədlərin siyahısında dəyişiklik oldu - PSJ-nin 2 oyunçusu...

15:16

"Arsenal"ın yarımfinal kabusu davam edir

Facebookdan bizi izləməyi unutmayın.
X