Taekvondo üzrə Azərbaycan yığması İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open”də ilk medalını qazanıb.
Fanat.Az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, G1 kateqoriyalı yarışda Rahid Vəliyev fərqlənib.
54 kq çəkidə mübarizə aparan idmançı bürünc medala sahib olub. Turnirə bu gün yekun vurulacaq.
Komandamız “Fəcr Open”in ardınca Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.