Albaniyanın paytaxtı Tiranada keçirilən “Albanian Open” beynəlxalq turnirində yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi birinci yeri tutub.
Fanat.Az xəbər verir ki, məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, yığma turniri 5 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub.