Azərbaycanlı taekvondo hakimi Ramal Camalov Türkiyənin Antalya şəhərində keçirilmiş G-2 kateqoriyalı XII Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) fərqləndirilib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti yayıb.
Camalov yarışın ən yaxşı kişi hakimi seçilib.