14:04 07.11.2022 371

Kəmaləddin Heydərov DÇ-yə gedəcək taekvondoçularla görüşdü

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov Meksikanın Qvadalaxara şəhərindəki dünya çempionatına yollanacaq milli komandanın üzvləri ilə görüşüb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, görüşdə ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, İdarə Heyətinin üzvləri, yığmaların məşqçilər korpusu və taekvondoçular iştirak ediblər.

Taekvondoçuların hazırkı durumu ilə maraqlanan K. Heydərov yarışda idmançılardan uğur gözlədiyini bildirib. O, millinin iştirak etdiyi dünya çempionatlarından daim uğurla qayıtdığını xatırladaraq, bu dəfə də onların inamlı çıxışına ümid etdiyini vurğulayıb.

Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət komandaya rəhbərlik edən Səbuhi Zülfüqarov taekvondoçularımızın hazırlığı barədə məlumat veriblər. Onlar komandaların məşqlərinin plana uyğun getdiyini və yarışa tam hazır olduqlarını söyləyiblər. Ən güclü taekvondoçularla Qvadalaxaraya yollanacaqlarını vurğulayan mütəxəssislər Meksikada Azərbaycan himnini səsləndirmək və bayrağını yüksəklərə qaldırmaq üçün çalışacaqlarını deyiblər.

ATF-in vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev də komandanın hazırkı durumundan razı olduqlarını və taekvondoçuların yenə də xalqa sevinc yaşadacağına inandıqlarını qeyd ediblər. Onlar vurğulayıblar ki, lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak belə deməyə əsas verir.

Sonda yığma üzvləri də dünya çempionatında medal qazanmaq üçün mübarizə aparacaqlarını bildiriblər.

Qeyd edək ki, mundialda ölkəni 8 taekvondoçu təmsil edəcək. Dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya noyabrın 9-da yollanacaq komanda Vətənə ayın 24-də qayıdacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2025
12:03

Dizindən əməliyyat olunan futbolçu öldü

11:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:16

"Yuventus" "Mançester Siti"yə qarşı, "Real Madrid" qrupdan çıxa biləcək?

10:51

"Barselona"nın futbolçusu karyerasını Bundesliqada davam etdirəcək

10:25

Avropa çempionatında finalçılar bilindi - Son çempion Almaniyaya qarşı

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:28

"Kimsə mənim kimi 90 dəqiqə istidə qaça bilirsə..." - Tomas Müller

09:00

"İnter" "River Pleyt"ə qalib gəldi, Serxio Ramosun komandasını da 1/8 finala daşıdı

08:00

Azərbaycan Ordusunun yaranmasından 107 il ötür

01:29

Klublararası dünya çempionatı: "Borussiya" və "Fluminense" 1/8 finalda

00:08

Azərbaycan atletlərindən AÇ-nin son günündə 4 medal

25 İyun 2025
23:55

Şota Arveladze Super Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

23:10

Azərbaycanın 6 güləşçisi AÇ-nin finalında

22:48

"Neftçi" hazırlığa başladı

22:20

Azərbaycanın U-16 millisi "Airom Cup"un qalibi oldu

21:51

Azərbaycanın güləş üzrə U-20 millisinin AÇ üçün heyəti bəlli oldu

21:14

"Çelsi" Arrisabalaqanı digər İngiltərə nəhənginə satır - MƏBLƏĞ

20:50

Morata "Qalatasaray"ı İtaliya klubuna dəyişir - SON DURUM

20:18

Paytaxt klubu Jiqonun transfer hüquqlarına yiyələndi

19:48

"Mikki Mausa baxmağa gələnlər "ölüm qrupu"ndan çıxaraq 1/8 finala yüksəldilər" - Aleks Telles

19:11

"Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?"

18:52

"Barselona"nın "Kamp Nou"ya qayıdacağı tarix bilindi - RƏSMİ

18:20

İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

17:56

"Qarabağ" "İmarət"də - FOTO

17:39

İngiltərə təmsilçisi fransalı mütəxəssisə tapşırıldı - RƏSMİ

17:21

"Bayern"ə qarşı oynamaq həmişə xoşdur, çünki..." - "Flamenqo"nun müdafiəçisi

17:03

"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının başlama vaxtı bilindi

16:44

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi müəyyənləşdi

16:26

"Çox iş görməliyik" - Yevgeni Kukseviç

16:08

"Bayern Münhen" İbrahimoviçi icarəyə verdi - RƏSMİ

15:50

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək

15:35

AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq

15:27

"Qarabağ" Xankəndidəki Qarabağ Universitetində - FOTO

15:17

"Liverpul"un hücumçusu növbəti mövsümə harada başlayacaq? - Maaşı açıqlandı

14:59

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

14:41

Kukseviçin Azərbaycan millisinə təyinatı təsdiqləndi, müqavilə müddəti açıqlandı

14:23

"Qarabağ" Şuşada 1 nömrəli məktəbi ziyarət etdi - FOTO

14:05

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi

13:44

"İmişli" 5 futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

13:28

Kriştianu Ronaldunun baş məşqçisi qovuldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X