Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov təsnifat mərhələsində Çin təmsilçisi Syao Çjou ilə üz-üzə gələcək.
Ötən gün 63 kq çəkidə yer alan Sədri Həmidreza ilk qarşılaşmasında özbəkistanlı Niyaz Pulatova uduzub.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız kişilərin 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev bürünc medal qazanıb.