Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirinə yollanıblar.
Fanat.Az xəbər verir ki, yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.