Stolüstü tennis üzrə ölkə çempionatında ilk qaliblər məlum olub.
Fanat.Az xəbər verir ki, “Şüa” İdman Kompleksində davam edən stolüstü tennis üzrə Azərbaycan çempionatında qalib və mükafatçılar məlumdur. Kişilərin mübarizəsi “Bakı-1” komandasının qələbəsi ilə yekunlaşıb.
“Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” kollektivləri üçüncü yeri tutub. Qadınların yarışından “Sumqayıt-1” komandası qalib ayrılıb. “Bakı-1” ikinci, “Bakı-2” və “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıb.
Çempionatın növbəti günlərində idmançılar şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.
Yarışa mayın 17-də yekun vurulacaq.