Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycanı mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi bu gün Ostrava şəhərinə yola düşüb.