12-19 dekabrda İspaniyanın Huelva şəhərində badminton üzrə dünya çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, mundialda Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Edi Reski Dviçayo təmsil edəcək.
Artıq idmançımızın yarışda ilk rəqibi müəyyənləşib.
İndoneziyalı legioner 1/32 finalda Türkiyə badmintonçusu Emre Lale ilə qarşılaşacaq.
Qeyd edək ki, ölkəmiz tarixdə ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq.
Sahib