18:12 10.06.2020 156

Tərlan Əhmədov: "Qurduğumuz komandadan əsər-əlamət yoxdu"

"Keşlə” futbol komandasının baş məşqçisi Tərlan Əhmədovun müsahibəsi

"Bəzi oyunçularda özündənrazılıq var idi"

- Bir il öncəyə qayıdaq. Ötən mövsüm "Keşlə” Premyer Liqanı sonuncu pillədə başa vurdu. Hazırda isə komanda 3-cü sırada gedir və avrokuboklara vəsiqə qazanmağa ən real namizədlərdən biridir. Qısa müddətdə komandanı autsayderlikdən ilk "3-lüy”ə necə çıxardınız?

- Komandanı götürəndə 2018-ci il oktyabrın 29-u idi. Bir gün sonra "Qarabağ”la oyuna çıxdıq. Həmin matç əvvəlki turlardan təxirə salınmış qarşılaşma idi. "Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan” klubuna uduzduqdan sonra kollektivdə məğlub psixologiyası formalaşmışdı. Məğlubiyyət uşaqlar üçün adi hala çevirilmişdi. Nə qədər söhbət etsək, şənləndirici məşqlər versək, əhval-ruhiyyəni qaldırmağa çalışsaq da, alınmırdı. Buna baxmayaraq, həmin vaxt klubumuzun Müşahidə Şurasının sədri Zaur Axundovla söhbətlərimizdə bildirmişdik ki, yaxşı nəticələr qazanmaq olar. Açığı, həmin komanda mənim üçün daha təcrübəli, keyfiyyətli idi. Amma futbolçular psixoloji baxımdan məğlubiyyətlə barışmışdılar. Oturub fikirləşəndən sonra qərara gəldim ki, burada qalası olsam, komandanı yenidən quracağam. Ötən qış heyətə cəmi 2-3 futbolçu dəvət etmişdim. Bəzi oyunçularda özündənrazılıq var idi. Düşünürdülər ki, hər şey onların istədiyi kimi ola bilər. Amma belə bir şey yoxdur. Futbolda hamı bir nöqtəyə vurmalıdır. Bizə etimad göstərilmişdisə, müqavilə şərtlərinə əməl etməli idik. Mövsümün sonunda böyük dəyişikliyə əl atmalı olduq. Zaur Axundov "komandanı yenidən formalaşdıraq” deyəndə bildirdim ki, yeni futbolçular dəvət olunmalıdır. Mənə xarakteri olan oyunçular lazım idi. Uzun müddət seçim etdik, çoxları gəlib-getdi. Nəticədə hazırkı komandanı formalaşdırdıq. Deyə bilmərəm ki, bu mövsüm 3-cü yeri tutacağıq. Qarşıda hələ 8 tur var. Fikrimiz mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaqdır.

- Yəqin razılaşarsınız ki, heyətdə böyük dəyişiklik etmək heç də hər zaman yaxşı nəticə vermir. Həmin vaxt üçün bu addım riskli deyildi?

- Düzdür. Amma ötən mövsüm komanda sonuncu pilləni tutmuşdu. Ondan o tərəfi yox idi. Uğurlu çıxış edib ciddi dəyişikliyə getsəydik, sizinlə razılaşardım. 8 komanda arasında sonuncu olan kollektivdə hər hansı radikal dəyişiklik uğura aparmalı idi. Artıq enişi görmüş və bizə nələrin mane olduğunu bilirdik. Həddindən artıq analiz apardıq. Komandada birlik, mehribanlıq olmasa, çətin məsələdir. Bizim şəxsi və iş ailəmiz var. Bunlar bir-birini tamamlamalıdır. İşdəki ailənin əhval-ruhiyyəsini düzəldə bilmirsənsə, getdikcə proqram pozulur. Bəzən işdəki stresi evə daşıyırsan. Uşağın səsi belə, insana pis təsir edir, əsəbinə toxunur. Uğur istəyiriksə, bütün çətinliyə dözməliyik. Deyək ki, klub prezidenti hədəf olaraq qarşımıza 3-cü yeri qoyub. Amma 2-ci pilləni tutmaq imkanımız varsa, buna cəhd etməliyik. Sonuncu yeri tutandan sonra düşünmürdüm ki, yeni komanda bundan da uğursuz ola bilər. Əksini fikirləşirdim.

"Bəzi klublardan mənə təkliflər var idi"

- Qeyd etdiniz ki, komandada qələbə ruhu itmişdi, müxtəlif problemlər var idi. Bu səbəblərin sizdən əvvəlki baş məşqçilərlə əlaqəsi var idimi?

- Bunu deyə bilmərəm. Hər bir baş məşqçi uğurlu nəticə verməyə çalışır. Məndən əvvəlkilər də komandaya inanıb uğur qazana biləcəklərini düşünüblər. Bəlkə də vəziyyəti analiz etmək üçün kifayət qədər vaxtları olmayıb. Digər tərəfdən, çempionatın ortasında ciddi dəyişiklik etmək də olmazdı. Ola bilər, nəyəsə ümid ediblər, amma alındıra bilməyiblər. Həmin baş məşqçilər kimi mən də uğursuzluq yaşadım. Deməli, o heyət dəyişilməli, problem kökündən həll olunmalı idi. Nə rəhbərlik, nə məşqçilər heyəti meydanda futbol oynamır.

- Uğursuz keçən ilk mövsümün gedişində istefa vermək ağlınızdan keçdimi? Düşündünüzmü ki, artıq bacarmırsınız, getmək lazımdır?

- Xeyr. İşlədiyim yerdə heç vaxt istefanı düşünməmişəm. Rəhbərlik etimad göstərirsə, bunu doğrultmağa çalışıram. Belə bir fikirdə olmamışam. Bilirsiniz ki, o vaxt AZAL-da çalışanda maliyyə çətinliyi yaranmışdı. Birinci mövsümdə klubun büdcəsi 150 min manat idi. Buna baxmayaraq, komandanı formalaşdıra bildik. Açığı, bəzi klublardan mənə təkliflər də var idi. Amma fikirləşdim ki, ağır şərtlər altında özümü sınaqdan keçirim. Çünki karyeram 1-2 ildən ibarət deyil. Bu müddətdə böyük uğursuzluqlarla da üzləşə bilərsən. Özüm üçün böyük təcrübə topladım. Həmin ərəfədə rəhbərlikdən mənə deyildi ki, durum yaxşı deyil, bəlkə gedəsən. Bildirdim ki, sizi yarıyolda qoya bilmərəm. Komandaya 100 - 200 manat məvacib alan futbolçular dəvət etdim. Ən çox maaş alan AZAL-ın kapitanı Seymur Əsədov idi. Ona 700 manat verirdik. Rail Məlikov da komandamıza gəldi. Ona ilkin olaraq 500 manat pul təklif etdik. Sağ olsun, gəlib oynadı. Çəkisi 96 kq-dək idi. Hər gün futbolçularla danışır, psixoloji söhbətlər edirdim. Amma bilirdim ki, onsuz da 200 manata oynayan oyunçu ayda 35 min dollar məvacib alan futbolçunun qarşısında həyəcanlanacaq. Bununla belə, onları psixoloji baxımdan hazırlayıb xeyirini gördüm. Ardıcıl 5 turda məğlub olduq və 1 qol da vura bilmədik. Hətta jurnalistlərdən biri canlı efirdə demişdi ki, AZAL qış fasiləsinə qədər 3 xal toplaya bilsə, ölkəni tərk edəcəyəm. Amma biz 22 xal topladıq. Həmin heyətlə evdə 17 oyun uduzmadıq. Səfərdə liderlərdən xal aldıq. Gördüm ki, pul o qədər önəmli deyil, məhdud şərtlərlə də nəyəsə nail olmaq olur. Düzdür, daha yaxşı komanda yaratmaq, avrokuboklarda iştirak etmək üçün böyük pullar lazımdır. "Keşlə”dəki ilk mövsümümdə də həvəslə işləyirdim, düşünürdüm ki, sonda nəyəsə nail olacağam. Amma gedişat göstərdi ki, bu futbolçularla mümkün deyil. Rəhbərliyə bildirdim ki, məni siz gətirmisiniz, son qərarı da siz verə bilərsiniz. Sağ olsunlar, etimad göstərdilər. Heç vaxt çətinlikdən qorxmamışam, ondan çıxmağa çalışmışam. Çünki mənim sehrli çubuğum yoxdur. İşləyirəmsə, dəstək gözləyirəm. Belədə özüm də futbolçulara dəstək göstərirəm.

"Özümüz də işə ehtiyatla gəlirik"

- İndi isə cari mövsümdən, daha doğrusu məlum vəziyyətdən danışaq. Koronavirus pandemiyası bütün sahələri olduğu kimi, idmanı da iflic vəziyyətinə salıb. Komandalar təqribən 3 aylıq fasilədən sonra məşqlərə başladılar. Futbolçuları karantin müddətindən sonra necə gördünüz. Məsələn, Sezar Meza Kollinin artıq çəki aldığı açıq-aşkar görünür. Oyunçuların ümumi durumu sizi qane edirmi?

- Yox, qane etmir. 7 gündür məşq edirik. Bu müddətdə 3 dəfə 2 məşqimiz olub. Bundan sonra 2 məşq edə bilməmişik. Çünki hava istidir, məşqlər ağır keçir. Buna baxmayaraq, davam edirik. Tək Meza Kolli deyil, bir çox futbolçumuzun artıq çəkisi var. Paraqvaylı futbolçunun 4 kq artıq çəkisi var. Oyunçuların topla rəftarları çox aşağıdır. Qurduğumuz komandadan əsər-əlamət yoxdur. Lakin vəziyyətdən çıxmağa çalışırıq. Bizim işimizdə bəhanə yoxdur. Dünən "Barselona”nın baş məşqçisinin müsahibəsini oxudum. 5-6 həftədir məşq edirlər, deyir ki, komandanın normal səviyyəyə gəlməsi üçün daha 1-2 həftə lazımdır. Bizə isə cəmi 20 gün vaxt verilib. Bunun da iki günündə məşq edə bilməmişik. Qarşıdakı günlərdə bizi nə gözlədiyini bilmirik. Oyunlar var, bunlardan öncə tonusu qaldırmaq üçün hazırlıq, sonra isə bərpa məşqləri gəlir. Bunların hamısı nəzərə alınmalıdır. Daha çox zədələrdən qorxuram. 1 aydan çox evdə onlayn topsuz məşqlər olub. Futbolçularımızın, demək olar ki, hamısı bina evində yaşayır. Oyunçuların işi isə topla oynamaqdır. Onlayn məşqlərin əsas vəzifəsi futbolçuları sadəcə tonusda saxlamaqdır. Görürəm ki, əzələlər hələ də bərbad vəziyyətdədir. Birdən-birə heç nəyə nail ola bilmərik. Ağır məşqlər pis nəticələr verə bilər. Komanda avqustun sonundək formaya düşsə, böyük işdir. İkincisi, heyətdə psixoloji baxımdan xeyli düşüş var. Hiss etdirməsələr də, oyunçularda həyəcan olduğu görünür. Sanki virusa görə meydana çıxmaqdan qorxurlar. Çəkinə-çəkinə məşq edirlər. Bu da təbii haldır, bir müddət olmalıdır. İşimizi davam etdiririksə, bundan qaça bilməyəcəyik. Hər birimizin ailəsi var. Ehtiyat edirik. Biz özümüzü qorusaq da, futbolçular yaxın təmasda olurlar. Digər məsələ ondan ibarətdir ki, legionerlərin əksəriyyətinin ailəsi yanında deyil. Nə qədər söhbət etsək də, istər-istəməz əhval-ruhiyyələrinin yerində olmadığı görünür. Belədə problemlər üzə çıxır. Çalışırıq ki, nə qədər ağır da olsa, bəhanə etməyək və işimizi uğurla başa çatdıraq.

- Elə futbolçu olubmu ki, sizə yaxınlaşıb oynamaq istəmədiyini desin?

- Yox, elə bir şey olmayıb. Sağ olsunlar, ilk gündən gəlib məşqdə iştirak edirlər. İstək var, amma narahatlıq da mövcuddur. Onları həyatdan təcrid edib bazaya yığa bilmərik. Onsuz da iki aydır evdən bayıra çıxa bilmirlər. Onları bazaya yığsaq, ikinci zərbə olar. Deyirik ki, bütün qoruyucu vasitələrdən istifadə edin. Amma yenə də o narahatlıq hiss olunur. Biz özümüz də işə ehtiyatla gəlirik. Çünki kollektiv işdir. Hazırda komandamızda 27 futbolçu məşq edir. Məşqçi və inzibati heyətlə birlikdə klubda 40 nəfər çalışır. Hər an hər şey baş verə bilər. Amma necə dövlətimiz qabaqlayıcı tədbirlər görür, biz də özümüzü qorumalıyıq. Sağlamlıq, təhlükəsizlik birinci növbədə gəlir. Çalışırıq ki, futbolçularımızı və onların ailəsini qoruyaq. Bir futbolçu 3 insanı yoluxdura bilər. Nə qədər qorunsaq da, işimiz yaxın təmasdır. Ona görə bu həyəcan hiss olunur.

"Normal futboldan danışmağa dəyməz"

- Sizcə, indiki şəraitdə çempionatı davam etdirmək nə dərəcədə doğru qərardır?

- Dəfələrlə demişəm, yenə də sözümün üstündə dururam. Cənab Prezident mart ayından bu yana qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərar verib. Çıxışlarından birində deyib ki, vətəndaşların sağlamlığı birinci yerdə olmalıdır. 2 ay 17 gündən sonra məşqlərə başlamışıq. Nə qədər ehtiyatlı olsaq da, yoluxma riski var. Çempionatı keçiririk. Bir futbolçuda virusa aşkarlansa, bütün komanda karantinə alınacaq. Bu halda yenə hər şey dayanacaq. Son vaxtlar yoluxma sayı artır. Bunu minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görülür, karantin rejimi sərtlərşdirilir. Hamı statistika ilə maraqlanır. Həyəcan hiss olunur. Kim bilir, bəlkə bizdə hazırda pandemiya pik nöqtədədir. Dövlətə dəstək olaraq bəlkə bu gün çempionatı burada dayandırıb yeni mövsümün hazırlığına başlasaq, daha yaxşı olar. Almaniya Bundesliqasına baxıram, karantin dövründə ilk turdan sonra 14 zədəli var. Son turda 7 futbolçu zədələndi. Bizdə istər-istəməz zədəli oyunçu sayı daha çox olacaq. Çünki klublarımızın büdcəsi Almaniya çempionatı iştirakçılarınınkından qat-qat azdır. Onların yüksək səviyyəli müalicə mərkəzləri var. Bizdə istənilən zədəli futbolçu klub üçün ziyan deməkdir. 3 aylıq fasilədən sonra normal futboldan danışmağa dəyməz. Hətta indi çempionatı oynayıb-bitirdikdən sonra hər hansı futbolçunu dəvət etsək, o, burada 14 gün karantində qalmalıdır. Bu, avrokuboklara vəsiqə qazanan komandalar üçün əlavə problem olacaq. Transfer məsələlərinə indidən başlamalıyıq ki, ən azı o vaxtadəki işləri yekunlaşdıraq. Düşünürəm ki, çempionatı vaxtından əvvəl başa çatdırsalar, daha yaxşı olar.

- Premyer Liqa bərpa olunduqdan sonra komandalar 5 əvəzetmədən istifadə edə biləcəklər. Bu qərara münasibətiniz necədir? 

- Qərar normaldır. Bəlkə də bu addım çoxdan atılmalı idi. Çünki protokola 23 futbolçunun adı yazılır. Onlardan 11-i start heyətdə meydana çıxır. Qalanlardan maksimum 3-nü sonradan oyuna buraxa bilirik. Digərləri isə qalır. Bu da onlarda ruh düşkünlüyü, inciklik yaradır. 5 əvəzetmə ilə mövsüm ərzində bütün futbolçuları oynatmaq imkanı yaranır. Elə oyunçular olur ki, şans verə bilmirik. Buna görə də qərarı alqışlayıram. Əvvəl adı protokola düşməyən futbolçuları tribunaya göndərirdik. Onda da adamın ürəyi ağrıyırdı. Biz də futbolçu olmuşuq, təsir edir. Hazırkı qərar az oynayan futbolçuların şansını da artırır.

- Qərar hələlik 2020-ci il üçün verilib. Belə başa düşdük ki, siz 5 əvəzetmə qaydasının ondan da sonra davam etməsinin tərəfdarısınız...

- Əlbəttə. Belədə gənc futbolçuların da oynayıb özlərini göstərmək şansı yaranacaq.

Mənbə: Report.az


Oxşar xəbərlər

Xəbər lenti

09 Avqust 2020
01:37

Çempionlar Liqası: 1/4 finalın bütün cütləri bilindi

01:00

Çempionlar Liqası: "Barsa" və "Bavariya" 1/4 finalda

00:27

"Qarabağ"ın ÇL-dəki rəqiblərinin sayı 4-ə endi

00:24

ÇL-də yeni mövsüm başladı

00:07

Kavani müqavilə bağladı, ildə 9 milyon qazanacaq

08 Avqust 2020
22:56

“Yuventus”un yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

21:35

Norveç millisinin ulduzu "Qalatasaray"da - RƏSMİ

21:13

Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"

19:35

"Yuventus" Sarriyə böyük təzminat ödəyəcək - MƏBLƏĞ

18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

11:09

Azərbaycan Premyer Liqasının startı müəyyənləşdi - PFL açıqladı

10:36

Hovuz kənarından paylaşdığı FOTO böyük marağa səbəb oldu

10:28

"Məsuliyyəti üzərimə götürürəm" - "Real"ın müdafiəçisi

10:03

Ronaldonun qolları "Yuventus"a fayda vermədi - VİDEO

09:50

"Mançester Siti" "Real"ı ÇL-dən kənarlaşdırdı - VİDEO

09:12

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

08:20

Bu qız özəl plastikası ilə rekordlar qırır - FOTOLAR

02:00

Ronaldu 10 il idi ki, belə aqibətlə üzləşmirdi

01:00

"Qəbələ" məşqçisi ilə vidalaşdı

00:42

"Real" və "Yuventus" ÇL-lə vidalaşdı - YENİLƏNİB

07 Avqust 2020
22:32

Tuhelin ayağı sındı

22:31

Prosineçki özünə iş yeri tapdı

22:26

Səmədov karyerasını bərpa etdi

21:23

Azərbaycanda açıq havada idmana icazə verildi - RƏSMİ

19:29

"Zirə" milli üzvü ilə müqavilə yenilədi

18:19

"Keşlə" yeni transferini açıqladı

18:01

Bakıda çempion olan güləşçi öldürüldü

17:39

UEFA klublarımıza neytral meydanda oynamağı təklif etdi

17:23

"Səbail" braziliyalı futbolçu ilə yolları ayırdı

17:15

"Real"ın futbolçusu koronavirusa qalib gəldi

16:41

Premyer Liqa: Əvəzetmə sayı ilə bağlı qərar ləğv olundu

16:22

"Sumqayıt" Qazaxıstan millisinin sabiq üzvünü transfer etdi - RƏSMİ

16:10

Ata Qarabağda, oğlu Ukraynada döyüşdü - didərgin ailənin tarixçəsi

15:59

"Qarabağ"ın futbolçuları bu gün koronavirus testindən keçəcək

15:43

Qurbanovun "yox" dediyi klub Şehiçi aldı

15:24

Azərbaycanlı futbolçu koronavirusa yoluxdu

14:24

"Roma" MY-nin müdafiəçisini alır

14:21

UEFA Azərbaycan klublarına vəsait ayıracaq

13:59

Döyüşə qondarma bayraqla çıxan erməni idmançı cəzalandırıldı

13:37

"Sumqayıt"dan ayrılan futbolçu "Makkabi"də?

13:17

Çempionat yubanır, Byazinin işi çətinləşir - Heyəti necə quracaq?

12:51

Ştuxlik gedəsi olmadı - AFFA-dan rəsmi cavab

12:30

Filip Novak "Fənərbağça"da!

12:06

Azərbaycanda 17 yaşlı qapıçı karyerasını bitirdi: "Ukraynalıların işinə yarayırıq, bizimkilərin yox"

11:55

Futbolçuda virus aşkarlandı - Fransa klubunun oyunu ləğv olundu

11:09

"Roma"nı məğlub edən "Sevilya" rekord qırdı

10:50

Həftənin oyunçusu adına namizədlər

10:36

Azərbaycandan ayrılan ulduz futbolçunun sərvəti açıqlandı - 32 milyon dollar...

10:20

"Sevilya" "Roma"nı üstələdi - VİDEO

10:03

Ulduz futbolçu məşhur gözəllə sevgili oldu - FOTOLAR

09:58

Emin Ağalarov "Qarabağ" formasında - FOTO

09:45

"Bayer”ə bir qol bəs etdi - VİDEO

09:32

"Barselona" 4,5 milyon avroya aldığı futbolçuya elə qiymət qoydu ki... - ŞOK RƏQƏM

Facebookdan bizi izləməyi unutmayın.