09:45 28.07.2021 655

Tokio 2020: Məmmədəli Mehdiyev də bacarmadı

Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gü cüdo üzrə yarışlarda daha bir təmsilçimiz mübarizə aparıb.

Məmmədəli Mehdiyev(90 kq) ilk görüşdə qazaxıstanlı İslam Bozbayevi "qızıl xal"da "vaza-ari" ilə məğlub etsə də, növbəti qarşılaşmada rusiyalı Mixail İqolnikova əsas vaxtın tamamında uduzub. 

Beləliklə, 28 yaşlı idmançımız üçün Olimpiada başa çatıb.

Qeyd edək ki, Azərbaycan Tokio 2020-nin cüdo yarışlarına 9 nəfərlə qatılıb(7 kişi, 2 qadın). Mübarizəyə qoşulan 6 cüdoçunun hamısı çıxışını medalsız başa vurub.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X