Ukraynalı deputat Jan Belenyuk Tokio 2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yunan-Roma güləşçisi 87 kiloqram çəki dərəcəsinin finalında macarıstanlı Viktor Lorintsi 5:1 hesabı ilə məğlub edərək ölkəsinə Olimpiadada ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, buna qədər ikiqat dünya, üçqat qitə çempionu, Bakı 2015 I Avropa Oyunlarının və Rio 2016-nın gümüş mükafatçısı olan Belenyuk 2019-cu ildən Ukrayna Ali Radasının deputatıdır.
Sahib Əsədbəyli