Tokio 2020 Yay Olimpiya Oyunlarında kişi basketbolçuların yarışının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda ABŞ və Fransa yığmaları üz-üzə gəlib.
15 qat Olimpiya çempionları qrup mərhələsindəki məğlubiyyətin revanşını alaraq fransalıları 87:82 hesabı ilə yenib.
Çempion komandanın heyətində ən məhsuldar basketbolçu 29 xalla Kevin Dürant olub.
Qeyd edək ki, amerikalılar ardıcıl dördüncü dəfə Olimpiadanı qalib tamamlayıb.
Sahib Əsədbəyli