Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının böyük heyəti bu gün Yaponiya paytaxtına yola düşüb.
Fanat.Az xəbər verir ki, yolasalma mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ qaziləri və komitə işçiləri iştirak ediblər.
Qarabağ qaziləri İlham Əliyev və Elşən Cəbiyev paralimpiyaçılara döyüş yoldaşları adından Azərbaycan bayrağını təqdim edərək onlara uğurlar arzulayıblar.
Komandamızın növbəti heyətləri 22 və 26 avqustda Tokioya gedəcək.
Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək. Ölkəmiz Oyunlarda 6 idman növü üzrə rekord sayda - 36 idmançı ilə təmsil olunacaq.
Sahib Əsədbəyli