Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının ilk qrupu atletlər kəndinə daxil olub.
Fanat.Az xəbər verir ki, Şika şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılan üzgüçülük üzrə millimizin üzvləri Vəli İsrafilov, Dana Şandıbina, Raman Saley bu gün Tokioda yerləşən atletlər kəndinə gəlib.
Qeyd edək ki, Paralimpiada avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək. Azərbaycan Oyunlarda 36 idmançı ilə təmsil olunacaq.
Sahib Əsədbəyli