Azərbaycan nümayəndə heyəti Tokio 2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.
Fanat.Az xəbər verir ki, mərasimdə 20 nəfərdən ibarət heyət iştirak edib. Azərbaycan bayrağını Pekin 2008 Yay Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev daşıyıb.
Nümayəndə heyətinin üzvləri parada 44 günlük Vətən müharibəsinin simvolu olan "Xarı bülbül" nişanı ilə çıxıblar.
Qeyd edək ki, Azərbaycan komandası Oyunlarda 35 idmançı ilə təmsil olunur. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.