Bu gün Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, millimizin üzvlərindən ilk olaraq pauerliftinqçi Pərvin Məmmədov gücünü sınayacaq. 49 kiloqram çəki dərəcəsində yarışan 26 yaşlı Avropa çempionumuz karyerasında ilk dəfə Paralimpiadada çıxış edəcək.
Mübarizəyə Bakı vaxtı ilə 06:00-da start veriləcək. İdmançımız üç yanaşmada mükafatçılar sırasına düşməyə çalışacaq.
Qeyd edək ki, Azərbaycan 16-cı Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. Avqustun 24-də start götürən Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
Sahib Əsədbəyli