Azərbaycan Tokioda keçirilən Yay Paralimpiya Oyunlarına uğurla start verib.
Fanat.Az xəbər verir ki, bu gün ilk idmançımız mübarizəyə qoşulub.
Pauerliftinqçi Pərvin Məmmədov 49 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, toplamda 156 kq nəticəni göstərərək üçüncü olub.
"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı", - deyə Pərvin Məmmədov bildirib.
Qeyd edək ki, Azərbaycan sentyabrın 5-dək davam edəcək Paralimpiya Oyunlarına 36 idmançı ilə qatılıb.