Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Paralimpiadada bu gün 6 idmançımız mübarizəyə qoşulacaq.
Cüdo yarışlarında Şəhanə Hacıyeva, Bəsti Səfərova, Vüqar Şirinli və Namiq Abbaslı, üzgüçülükdə Roman Saley, atletikanın nüvə itələmə növündə isə millimizin bayraqdarı, Pekin 2008 Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev gücünü sınayacaq.
Xatırladaq ki, Azərbaycan komandasının hesabında bir medal var. Pauerliftinq üzrə təmsilçimiz Pərvin Məmmədov (49 kq) çıxışını "bürünc"lə başa vurub.
27 avqust
05:30. Cüdo, qadınlar. 48 kq, 1/4 final. Şəhanə Hacıyeva - Şizuka Hanqay (Yaponiya)
05:30. Cüdo, qadınlar. 52 kq, 1/4 final. Bəsti Səfərova - Yui Fucivara (Yaponiya)
05:30. Cüdo, kişilər. 60 kq, 1/4 final. Vüqar Şirinli - Henri Borqes (Uruqvay)/Recep Çiftçi (Türkiyə) cütünün qalibi
05:30. Cüdo, kişilər. 66 kq, 1/4 final. Namiq Abbaslı - Serxio İbanyes Banon (İspaniya)/Luis Peres (Puerto-Riko) cütünün qalibi
12:00. Üzgüçülük, kişilər. arxasıüstə üzmə, 100 metr (S-12 kateqoriyası), final
14:00. Atletika, kişilər. Nüvəitələmə (F-55 kateqoriyası), final. Oloxan Musayev
Sahib Əsədbəyli