Azərbaycan atleti Səid Nəcəfzadə Tokio Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı idmançımız T12 kateqoriyası üzrə uzunluğa tullanma yarışlarında 7,03 metr nəticə göstərərək, 10 iştirakçı arasında yalnız İran və Kubadan olan həmkarlarından geri qalıb.
Digər təmsilçimiz Kamil Əliyev isə 6,89 metr nəticə ilə yarışı beşinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan Paralimpiya komandasının hesabında 13 medal var. Bunlardan doqquzu qızıl, dördü bürünc əyarlıdır.
Sahib Əsədbəyli