Tokiodakı Atletlər kəndində xoşagəlməz hadisə baş verib.
Sınaq məqsədilə əraziyə buraxılmış yeni nəsil elektrikli “e-Palette” şatlı paralimpiyaçını vurub.
Görmə əngəlli idmançının xəsarət almadığı bildirilib.
Qəzadan sonra mikroavtobusların Atletlər kəndindəki istismarı dayandırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.//Oxu.az