Azərbaycan komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarında növbəti medalı qazanıb.
Fanat.Az xəbər verir ki, Lamiyə Vəliyeva (T13) 100 metr məsafəyə qaçış üzrə final yarışında 11,99 nəticə göstərərək, finişə ikinci çatıb. İspaniya təmsilçisindən cəmi 0,03 saniyə geri qalan 19 yaşlı sprinter komandamızın hesabına Paralimpiadanın ilk gümüş mükafatını yazdırıb.
Finaldakı digər təmsilçilərimizə gəldikdə, məsafəni 12,30 saniyəyə qət edən Yuliya Yanovskaya səkkiz iştirakçı arasında dördüncü, Yelena Çebanu 12,41 göstərici ilə yeddinci olub.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio 2020-də bunadək 10 qızıl, 4 bürünc medal qazanmışdılar.
Sahib Əsədbəyli