20:10 08.01.2021 240

UEFA-nın “Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqaziddi" - Türkiyəli vəkil

2020-ci ilin son iki rübündə "Qarabağ”ın UEFA ilə problemlərinə şahid olduq. Həm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Mölde” ilə matçın neytral meydana salınmasında, həm klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Bərdə hadisəsindən sonra yazdığı posta görə cəzalanmasında, həm də Avropa Liqasının qrupunda "Vilyarreal”la qarşılaşmaya görə texniki məğlubiyyət verilməsində Avropanın ali futbol qurumu Ağdam təmsilçisinin xeyrinə olmayan qərarlar verdi. Birinci və sonuncu məsələnin nəticəsinin dəyişmək ehtimalı olmasa da, İbrahimov probleminə görə mübarizə davam edir. Düzdü, Nurlan bəyin vəkili Fərid Haqverdiyev "Futbol+”ə müsahibəsində UEFA-nın apellyasiya məhkəməsinə müraciəti qəbul etmədiyini bildirsə də, proses davam edir.

UEFA mətbuat katibinin yazdığı posta görə klubu da 100 min avro cərimələyib. "Köhlən atlar” bu cəzanın ləğvi üçün çalışır. Bu məsələdə Ağdam təmsilçisinin hüquqlarını türkiyəli vəkil Qayə Qürur Günal müdafiə edir. Prosesin hansı mərhələdə olduğunu öyrənmək, "Qarabağ”ın və Nurlan İbrahimovun cəzalarının ləğvinin mümkün olub-olmaması ilə bağlı tanınmış hüquqşünasla əlaqə saxladıq.

- Qayə xanım, necəsiz? Yeni iliniz mübarək. Ümid edirik ki, bayram günlərində sizdən sevindirici xəbərlər eşidərik.
- Təşəkkür edirəm. Sizinlə bahəm. Əlimizdən gələni edirik ki, haqlı davamızda qalib gələk. Bütün Azərbaycan xalqını və "Qarabağ”sevərləri sevindirək.

- "Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov "feysbuk”dakı paylaşımına görə futboldan ömürlük uzaqlaşdırılıb və Ağdam təmislçisi 100 min avro cərimə olunub. Bundan sonra klub apellyasiya şikayəti verib. Hazırda proses nə yerdədi?
- Əvvəlcə Nurlan bəyə və "Qarabağ”a verilən qərarla bağlı UEFA apellyasiya məhkəməsinə müraciət etdik. Hazırda bu məsələnin sənədləri qurumda incələnir. UEFA-nın Nurlan bəyin "feysbuk” üzərindən etdiyi paylaşımla bağlı "Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqaziddi. Şəxsi fikirlərə görə klubun cəzalandırılması mümkün olmadığı kimi, futbolla əlaqəli də heç nə yoxdu. Həmin proses nə hansısa qarşılaşma əsnasında, nə də stadionda baş verib. "Qarabağ”a aidiyyatı belə yoxdu. Klub işçisinin idman və əsasən də futbol ilə heç bir əlaqəsi olmayan şəxsi fikirləri, sadəcə, özünə aiddi.

- UEFA Nurlan İbrahimovun şikayətini qəbul etməyib. O və vəkili CAS-a müraciət edib. Sizcə, "Qarabağ”ın sabiq mətbuat katibinin cəzası ləğv oluna bilərmi?
- UEFA-nın öz təlimatlarında yer alan qərarlarda açıq şəkildə qeyd olunub ki, qurum ancaq Avropa futbolu ilə əlaqəli olan, özünün təşkil etdiyi yarışlar zamanı baş verən proseslərlə bağlı söz sahibidi. Bu məsələnin də yuxarıda qeyd olunanlara aidiyyatı yoxdu. CAS-ın qərarlarına əsasən ölkədaxili idman yarğılanması aparılmalıdı və bunu etmək hüququ olan tək qurum Azərbaycan Futbol Federasiyaları Assosasiyasıdı. UEFA-nın ölkədaxili qərar vermək hüququnu yox sayaraq, hadisədən 2 gün sonra, federasiyaya heç bir xəbərdarlıq etmədən araşdırma başlamasının özü belə hüququn tapdalanmasıdı.

- UEFA-nın "Qarabağ”a kəsdiyi pul cəriməsi ləğv edilə və ya azaldıla bilərmi?
- Bilirsiz ki, ötən günlərdə Çempionlar Liqasının PSJ - "İstanbul BŞ” qarşılaşmasında rumın hakim irqçilik etmişdi. Bu məsələni "Qarabağ”ın problemi ilə eyniləşdirsək, UEFA öz hakimini qurumun təşkil etdiyi yarış zamanı etdiyi hərəkətə görə cəzalandırmalıdı. Ya da Rumıniya Futbol Federasiyasına cəza verməlidi. Bunu etmədiyinə görə UEFA-nın "Qarabağ” haqda verdiyi qərarın hüquqazidd olduğu açıq şəkildə görünür.

- UEFA-nın Nurlan İbrahimovun paylaşımına görə həm klubu, həm də onun özünü cəzalandırması doğrudumu?
- "Mançester Yunayted”in futbolçusu Edison Kavani də sosial şəbəkədə irqçi paylaşım etmişdi. UEFA ancaq uruqvaylı futbolçunu cəzalandırdı. Bu qərarı da nəzərə alsaq, Avropanın ali futbol qurumunun "Qarabağ”a münasibətdə haqsız olduğunu və ikili standarlara yol verdiyini açıq-aydın görərik.

- Qayə xanım, "İnter”lə yaşanan problemdən sonra "Qarabağ”la bağlı məsələlərdən kənarda qalmışdız. İndiki problem üçün klub sizə müraciət etdi, yoxsa siz öz köməyinizi təklif etdiz?
- Mən "Qarabağ”dan heç vaxt ayrılmamışam. Klubun UEFA və CAS-dakı işlərinə baxıram.

- Türkiyədə CAS-dakı problemlərlə bağlı ixtisaslaşmış şəxs varmı? Varsa, ondan kömək almısızmı?
- Deyəsən, məsələ ilə bağlı dolğun məlumatınız yoxdu. Mən İdman Hüququ mövzusunda dərs deyirəm. Beləliklə, öz məhkəmə işlərimdə kiminsə köməyinə ehtiyacım yoxdu.

- Klubdan bizə verilən məlumata görə, məsələ ilə iki türkiyəli vəkil maraqlanır. Biri sizsizsə, digəri kimdi?
- Bu məsələ ilə ancaq mən məşğul oluram. Digəri şirkətimin əməkdaşıdı. "Qarabağ”ın hüquqşunası olmağım gizli məsələ deyil. "İnter”lə oyun zamanı da belə idi, indi də. UEFA-nın "Qarabağ”a 100 min avro cərimə kəsməsi ilə bağlı apellyasiya müraciəti etmişik. Hazırda qurumdan cavab gözləyirəm. Onlar bizə məlumat verən kimi sizi də xəbərdar edəcəyik.

- "Qarabağ” nədən Nurlan İbrahimovun da müdafiə olunaması üçün sizi məsləhət bilmədi?
- Bu, klubla danışacağınız məsələdi. Mən, sadəcə, hüquq haqda danışa bilərəm. Şou xarakterli suallara cavab verə bilməyəcəm. Hüquqi qərar veriləndə sizə məlumat verəcəm.

- Gəlin, hüquqi prosedur haqda danışaq. Bu problemlə oxşar bir hadisə yaşanıb. Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rajub 2019-cu ilin iyulunda FIFA tərəfindən birilliyə futboldan uzaqlaşdırılıb və onun rəhbərlik etdiyi quruma pul cəriməsi kəsilib. İsrail - Argentina matçı Qüdsdə keçirildiyinə görə Rajub həmyerlilərinə "gəlin, Messinin formalarını yandıraq”, - deyə müraciət etmişdi. FIFA onu irqçiliyi və şiddəti dəstəkləyən fikirlərinə görə cəzalandırmışdı. Fələstin Futbol Federasiyasının rəhbəri də bu səbəbdən CAS-a müraciət etmişdi. Lakin qurum onun şikayətini təmin etmədi. Rajub ilə Nurlan İbrahimovun cəzalandığı maddə eynidi. CAS bu məsələdə FIFA-nın tərəfində durubsa, indi "Qarabağ”ın müraciətini qəbul edərmi?
- Biz özümüzü müdafiə etmək üçün bütün lazımi sənədləri göndərdik. Haqlı olduğumuza şübhə etdiyimiz heç bir məhkəməyə baş vurmuruq. "Qarabağ”ın haqlı və kluba verilən cərimənin haqsız olduğuna əminik. Bu səbəbdən də sona qədər özümüzü müdafiə edəcəyik. Məhkəmənin nəticəsini qərar açıqlananda sizinlə detallı bölüşəcəyik.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 Mart 2021
18:08

Dünya və Avropa çempionuna YAP-da yüksək vəzifə verildi

18:01

"Zaqatala" liderliyə yüksəldi

17:28

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

16:41

Qapıçı məşqçiləri üçün kurs keçiriləcək

16:13

“Kəpəz”də Vətən müharibəsi iştirakçısı ilə görüş

15:38

Serbiya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

14:35

Tanınmış şahmatçı ABŞ vətəndaşı oldu

14:14

Mübariz Mənsimov azadlıqda!

13:29

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

13:01

AFFA-nın milliləşdirəcəyi futbolçu ilə bağlı De Byazinin planı

12:34

Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunur

12:17

“Yuventus”un heyətində koronavirus şoku

11:52

"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

11:31

Günün oyunları bu kanallarda - AFİŞA

11:09

İdman zallarının açılması ilə bağlı nazirlikdən açıqlama

10:56

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı - FOTO/VİDEO

10:40

Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var

10:30

Premyer Liqa klubu iki hücumçusunu itirdi

09:54

Millimizin oyunçusu: "Səfərdən 3 xalla dönməliyik”

08:20

Darya gözəlliyi ilə göz qamaşdırır - FOTOLAR

00:09

Mesut Özil sıradan çıxdı

04 Mart 2021
23:55

Arturo Vidal Liqa 1 klubuna keçir

23:44

Kərim Benzema: "Taysonla qürur duyuram"

22:12

Türkiyə Superliqası: "Fənər" qələbə qazana bilmədi

21:38

Joze Alesio da Silva: "Erkən qol vurmağı tapşırmışdım"

21:04

Busatı millimizə məğlubiyyəti dəyərləndirdi

20:58

Millimiz Moldovanı 5 qolla yendi

17:38

Pandemiya yığma oyunçularını kuryer, taksi sürücüsü və ofisianta çevirdi

17:09

Türk klubu baş məşqçisini istefaya göndərdi

16:51

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

16:34

Kamal Umudlu I Diviziona göndərildi

16:16

AFFA cəzaları yağdırdı

15:56

“Neftçi” və “Sumqayıt”a pul cəzası

15:39

Millimizin növbəti rəqibi bəlli oldu

15:14

WADA və AMADA arasında görüş keçirdi

14:43

"Qurban Qurbanov qurban olmağı öyrətdi" - "Qarabağ"ın legioneri

14:21

Essyen ölümlə hədələndi

13:57

Qara Qarayev: "Biz komanda olaraq hər zaman doğru olanı etmişik"

13:36

39 nəfər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı

13:04

Tanınmış cüdoçu millimizin heyətindən çıxarıldı

12:41

Təmkin Xəlilzadənin yubiley matçı

12:29

Azərbaycan Kubokunda finalın vaxtı dəyişdi

12:10

Şəhriyar Məmmədyarov həmkarının suallarını cavablandırdı - VİDEO

11:55

"Sabah"ın 50-ci məğlubiyyəti

11:36

Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır?

11:19

20-ci heç-heçə

11:05

Son 17 ilin ən yaxşısı “Qarabağ”dır

10:32

Rəqabətli çempionatlar: Premyer Liqamız neçənci yerdədir?

10:08

"Neftçi"nin futbolçusu: "Çempionluq əlçatmaz deyil"

01:40

A Seriyası: "Atalanda" və "Verona"dan darmadağın, "Milan" yenə xal itirdi

03 Mart 2021
23:12

Türkiyə Superliqası: "Qalatasaray" autsayderə yenildi

22:03

Portuqaliya - Azərbaycan matçı Turində keçiriləcək

21:50

"Neftçi" "Sabah"ı belə məğlub etdi - VİDEO

21:29

Visente Qomes: "Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir"

21:08

Samir Abasov: “İtirəcəyimiz xal bizi panikaya sala bilər” - VİDEO

20:56

Ronaldudan daha bir rekord

20:32

“Neftçi” lider mövqeyinə qayıtdı

19:38

"Qəbələ" ilə oyunda çatışmayan aqressiya bu gün var idi"

18:40

"Neftçi" - "Sabah" oyunu dayandırıldı - SƏBƏB

18:07

Rəşad Sadıqov: "Kamerunlu yoldadır, sifariş edəcəyik"

17:26

Sadıqov “Neftçi”nin futbolçusuyla maraqlanıb

16:47

Qara Qarayev: "Çıx, get, xaricdə oyna"

16:38

Serbiya millisi sabiq oyun qurucusuna tapşırıldı

16:12

Avropa Liqası oyununun yeri dəyişdirildi

15:50

ABŞ-da xəstə yatan Azad Rəhimovun vəzifəsini kim icra edir?

15:33

Dmitri Kramarenkonun anası koronavirusdan vəfat etdi

15:28

İtaliya millisinin sabiq futbolçusu azadlıqdan məhrum edildi

15:08

Tanınmış şərhçi vəfat etdi

14:40

Bruno "Sabah"la oyunu buraxacaq

14:14

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Facebookdan bizi izləməyi unutmayın.