Yüngül çəki dərəcəsi üzrə UFC çempionu Həbib Nurməhəmmədov növbəti dəfə Toni Ferqyusonla döyüşmək istəyini dilə gətirib.
Fanat.Az xəbər verir ki, Həbib ESPN-in jurnalisti Brett Okamotoya müsahibəsində Rusiya sərhədlərini tərk edə bilmədiyini, əks təqdirdə, istənilən yerdə Ferqyusonla döyüşməyə hazır olduğunu bildirib:
"Elə indi mənə məkanı deyin. Rusiyanı tərk edə bilsəm, istənilən yerdə Ferqyusonla döyüşməyə hazıram. ABŞ, Əbu-Dabi... - heç bir fərqi yoxdu. Mən döyüşməyə hazıram: 100%. Sadəcə, mənə məkanı göndərin. Hər gün Deyna Uayta (UFC prezidenti - Fanat.Az) məktub yazıram: "Döyüşün yeri necə oldu?"
Çılğın şeylər baş verir, suallar çoxdu və mənim onlara cavabım yoxdu. Başa düşürəm, insanlar məyusdu, çünki bu döyüş fanatlarımın xəyalındakı döyüş idi. Bu döyüş mənim də xəyalım idi.
Pul itirirəm, həm də çox... Heç kim mənim qədər pul itirmir. Heç kim! Mən döyüşmək istəyirəm".
Həbib Nurməhəmmədov daha əvvəl koronavirus pandemiyası səbəbindən Ferqyusonla döyüşdən imtina etmişdi.
Fanat.Az