UFC rəhbəri Deyna Uayt UFC 249 turnirindən sonra keçirilən mətbuat konfransında, mümkün Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün təşkili ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Uayt döyüşün yayda keçirilə biləcəyini istisna etməyib:
"Həbib yay aylarında döyüşə biləcəyini yazıb. Növbəti həftə Las-Veqasdakı qərargahımıza qayıdacağıq və döyüşü ən qısa müddət ərzində necə təşkil edəcəyimizi müəyyənləşdirməyə çalışacağıq".
Qeyd edək ki, Qetji 5-ci raundda Toni Ferqyusona texniki nokautla qalib gələrək yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxmışdı.
Fanat.Az