UFC döyüşçüsü İrvin Riveyra həbs olunub.
Fanat.Az xəbər verir ki, meksikalı idmançı ailə üzvlərini bıçaqlamaqda günahlandırılır.
"CBS Sports"un yaydığı xəbərə görə, meksikalı idmançı özündən böyük və kiçik bacısına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki qız hazırda xəstəxanadadır. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Fanat.Az