Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, A qrupunda mübarizə aparan "Mançester Yunayted" "Benfika"nın qonağı olub.
İlk iki turda 6 xal qazanan İngiltərə klubu yenə meydanı itkisiz tərk edib - 1:0. Matçın yeganə qoluna Markus Raşford imza atıb.
Qrupun digər oyununda isə "Bazel" səfərdə Moskva ÇSKA-sına 2:0 hesağı ilə qalib gəlib. İsveçrə klubuna qələbə qazandıran qolları Taulant Caka və Dimitri Oberlin vurub.
Fanat.Az