Tarixdə ilk dəfə: oyun başlamamış qırmızı vərəqə aldı - VİDEO
"Marsel"in müdafiəçisi Patrik Evra Avropa Liqasının IV turunda "Viktoriya" (Çexiya) ilə matç öncəsi qırmızı vərəqə alaraq meydandan qovulub.
Fanat.Az-ın məlumatına görə, "L'Equipe" nəşrinin jurnalisti "Twitter"də yazıb ki, isinmə hərəkətləri zamanı Patrikin ünvanına azarkeşlər tərəfindən təhqiramiz sözlər işlədilib.
Futbolçu yarım saat buna tab gətirə bilib, lakin ardınca meydanın kənarına yaxınlaşıb. Tərəflər qarşılıqlı şəkildə bir-birini təhqir edib, bu zaman Evra azarkeşlərdən birinin başına ayaqla zərbə vurub.
Evra Avropa Liqası matçının start fiti səslənməmiş meydandan qovulan ilk futbolçu kimi tarixə düşüb.