Polis iti topu götürüb meydana qaçdı, ara qarışdı - VİDEO
Boliviya çempionatının oyununda maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, "Bloominq - "Nasional Potos" matçında polis iti diqqət mərkəzinə gəlib.
Qarşılaşmanın 38-ci dəqiqəsində oyunda təhlükəsizliyi qoruyan polis itlərindən biri sahibinin əlindən çıxaraq meydanın kənarındakı toplardan birini ağzına götürüb və meydançanın mərkəzinə qaçıb. Bu zaman hakim oyunu dayandırıb, futbolçular isə bütün cəhdlərinə rəğmən topu itdən ala bilməyib.
İtin sahibi olan polis də meydana çıxmalı olub. Bir müddət sonra futbolçulardan biri iti saxlaya bilib.