İspaniya Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, "Mirandes" "Real Sosyedad"ı qəbul edib. Matçın taleyini bir qol həll edib. 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Mikel Oyarsabal bask klubuna qələbə qazandırıb. Beləliklə, iki oyunun ümumi nəticəsinə görə "Mirandes"i 3:1 hesabı ilə üstələyən "Real Sosyedad" İspaniya Kubokunda ilk finalçı olub. İmanol Alquasilin yetirmələrinin həlledici görüşdəki rəqibi "Atletik" - "Qranada" cütünün qalibi olacaq.
İspaniya Kuboku
Yarımfinal
Cavab oyunu
"Mirandes" - "Real Sosyedad" - 0:1
Qol: Oyarsabal (41-penalti)
İlk oyun - 1:2
Fanat.Az