Fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev 3 aylıq fasilədən sonra məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, Əliyev Kislovodskdakı düşərgədəki ilk məşqində dördlü "toe loop" hərəkətini uğurla yerinə yetirib. 21 yaşlı idmançı "Instagram" hesabında həmin görüntünü izləyiciləri ilə bölüşüb və qeyd edib:
"Karantindən sonra ilk məşqimdi. Bir şeyi planlaşdırmaq və onu reallaşdırmaq əladı. Gününüz yaxşı keçsin".
Qeyd edək ki, Rusiyanı təmsil edən Dmitri Əliyev əslən azərbaycanlıdı.