Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstanda növbəti uğura imza atıb.
Fanat.Az xəbər verir ki, son ölkə çempionu “Vaşaş” klubunun şərəfini qoruyan blokçumuz səsverməyə əsasən 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı xarici oyunçu seçilib.
Qeyd edək ki, "Vaşaş" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.