17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizəni davam etdirir.
Fanat.Az xəbər verir ki, yığmamız turnirdə daha iki oyununu keçirib. Voleybolçularımız əvvəlcə Latviya ilə üz-üzə gəlib və rəqibinə 1:3 hesabı ilə uduzub.
Ardınca ev sahibi ölkənin kollektivi ilə qarşılaşan komandamız bu dəfə "quru hesab"la yenilib.
Azərbaycan millisi daha əvvəl Polşa və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.
Millimiz son turda Ukrayna ilə gücünü yoxlayacaq.
“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.