Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Yelizaveta Rubanın da yer aldığı “Luqoj” Rumıniya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, Çağırış Kubokunun finalçısı 1/4 finalda “Voluntari”yə qalib gəlib. Həlledici - üçüncü oyunda "Luqoj" evdə 3:0 hesabı ilə rəqibini yenib.
Ruban 18 xal toplayaraq görüşün ən məhsuldar oyunçusu olub.
Yarımfinalda Luqoj "Tarqovişte" ilə qarşılaşacaq.