Bu gün Bakı Voleybol Mərkəzində kişi komandalar arasında Azərbaycan çempionatının final seriyasının ilk oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, üç qələbəyə qədər davam edəcək finalda “Xarı Bülbül” və “Murov” üz-üzə gələcək.
“Murov” titulun hazırkı sahibidirsə, Xarı bülbül" ölkə çempionatında ilk mövsümünü keçirir.
Finaldan əvvəl “Neftçi” ilə MOİK arasında üçüncü yer uğrunda görüş keçiriləcək. Bu seriya da üç qələbəyədək davam edəcək.
Final
İlk matç
19:00. "Xarı bülbül – "Murov"
Üçüncü yer uğrunda görüş
17:00. "Neftçi" - MOİK