Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XVII turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Abşeron" UNEC-i 3:0 hesabı ilə yenib.
"Azərreyl" "Murov Az Terminal"ı (3:1), "Gəncə" "Milli Aviasiya Akademiyası"ı (3:1) üstələyib.
Hazırda turnir cədvəlinə 43 xalı olan "Abşeron" başçılıq edir. "Milli Aviasiya Akademiyası" 39 xalla 2-ci, "Azərreyl" 29 xalla 3-cü pillədə mövqe tutub. "Gəncə" (24 xal) 4-cü, "Murov Az Terminal" (18) 5-ci yerdədir. Xalı olmayan UNEC sonuncudur.