Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, “Murov Az Terminal” “Neftçi”ni 3:0, “Azərreyl” isə “Xilasedici”ni eyni hesabla məğlub edərək seriyada önə keçib.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.
Yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.