Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bürünc medal uğrunda oyunda "Neftçi" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətiriblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılşama ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlki qarşılaşmada da qalib gələn (3:0) "Xilasedici" üçüncü yerin sahibi olub.