Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko İsrail çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, hücumçumuz “Maccabi Ashdod” klubunun heyətində ölkə çempionu titulunu qazanıb.
Voleybolçumuzun komandası finalın hər üç qarşılaşmasında rəqibi “Hapoel Kfar Saba”nı məğlub edərək çempion adına sahib çıxıb.