Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Bakıya səfər edəcək.
Fanat.Az xəbər verir ki, CEV rəhbəri paytaxtımıza sabah gələcək.
O, aprelin 24-də və 25-də Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.
Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.