Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 2024-2025-ci illər mövsümünün qalibi məlum olacaq.
Fanat.Az xəbər verir ki, ikinci final qarşılaşmasında “Abşeron” və “Azərreyl” komandaları üz-üzə gələcək.
Milli Gimnastika Arenasında reallaşacaq həlledici oyun saat 15:00-da başlayacaq.
İlk görüşdə “Abşeron” 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.