Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, “Azərreyl” finalın ikinci görüşündə “Abşeron”la üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma “Azərreyl”in 3:0 (28:26, 30:28, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.
Finalın ilk matçı “Abşeron”un eyni hesabla üstünlüyü ilə bitdiyindən tərəflər qalibi “qızıl set”də müəyyənləşdirməli olublar. Həlledici setdə daha dəqiq oynayan (15:12) “Azərreyl” qızıl medallara yiyələnib.