Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları qarşılaşıblar.
Milli Gimnastika Arenasında baş tutan görüşün ilk iki setində qalib gələn "Azərreyl" (25:20, 25:22) birinci finalda 3:0 hesablı qələbə qazandığı üçün çempion olaraq titulunu qoruyub. Belə ki, növbəti setlərdəki nəticələr vəziyyəti dəyişməyəcək.