16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ikinci mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan yığmamız Estoniya ilə qarşılaşıb.
Millimiz İspaniyada keçirilən qrup oyunlarına məğlubiyyətlə start verib. Qarşılaşma voleybolçularımızın 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib (13:25, 14:25, 17:25).
Qeyd edək ki, yığmamız bu gün meydan sahibləri ilə qarşılaşacaq. Oyun saat 21:30-da start götürəcək. Komandamız son matçını aprelin 27-də Avstriyaya qarşı keçirəcək.